slide00
img1
img2
img3
img4
img5
img6
img7
img8
img9
img10
img11
img12
Ətrafınızda ki dünyanın şən və xoşbəxt olmasını istəyirsiniz?
Sarı şüşə götürüb onun üzərindən ətrafa baxın.
Bəs sirli və əsrarənqiz?
Onda Sizə bənövşəyi və ya tünd qırmızı lazımdır.
 

Vitraj qeyri-adi, nəcib və zərif dekordur. Nağıl şəkillərinə və canlanmış fantaziyalara bənzər onlar zərif şəkildə interyera daxil olur. Bu gün onları yüksək zərgərlik sənətinin dəbli əsəri kimi də istifadə edirlər.

 

Bizim studiya yaradılan andan bu günə kimi  biz bir çox, hal-hazırda özəl və ictimai interyerləri bəzəyən, işləri yerinə yetirmişik. Böyük təcrübə əldə edilib və bu təcrübə bizə müştərilərin inanılmaz ideyalarını həyata keçirməyə imkan verir. Müştərinin tələblərinə ciddi riayət bizə istənilən mürakkəb işin münasib vaxt ərzində yerinə yetirilməsinə imkan yaradır. Studiya kiçik həcmli məhsulların- pəncərələrin, arakəsmələrin və tavanların, eləcədə ofis, restoran və şəhərkənarı iqəmətkahlar üçün geniş miqyaslı  vitraj-şüşə panellərin istehsalı ilə əlaqədər sifarişlər qəbul edir.

 
 

Bizim studiya vitraj sənətinin bir neçə üsullarından istifadə edir və bu, öz növbəsində, maksimal bədii effekt əldə etmək məqsədilə həmin üsulların bir məhsulda kombinasiyasını(istifadəsini, birləşməsini)  mümkün edir. Bütün vitrajlar yalnız fərdi sifarişlər əsasında hazırlanır. Bütün işlər, eskizdən hazır məhsula qədər, öz istehsalat bazamızda aparılır. Materialların geniş çeşidləri və vitraj sənətinin qabaqcıl istehsal texnoloqiyaları bizim studiya tərəfindən  müştərinin fanatziyasının məhdudlaşdırılmamasına imkan yaradır. 600 dən çox rəng və fakturadan ibarət rəngli şüşə palitrası bizə bədii vitrajların istehsalında həqiqətən məhdudiyyətsiz imkanlar yaradır.

 
 
Azərbaycanda axır vaxtlar bədii vitrajlara tələbat artıb - onlar interyer dekorunun populyar  elementinə çevrilib. İnsanlar öz evini arzuladıqları kimi qurmağa və xüsusilə bəzəməyə  daha çox imkanlar əldə ediblər, vitrajlar isə bu istəklərin reallaşmasında öz layiqli yerini tutub. Vitrajlar hər bir məkənın eksklüziv və fərdi bir üslubunu yaratmağa imkan verir, buna görə də hazırda dizaynerlər interyer layihəsinin hazırlanma prosessində vitrajlardan daha fəal  istifadə edir. Vitrajlar artıq alışdığımız həllərdən və standart dizaynlardan  bir qədər uzaqlaşmağa və məkanı xüsusi, qeyri-adi etməyə imkan verir .
 

Vitraja artan maraq Bakıda bir çox sayda bu işlə məşğul olan sexlərin və emalatxanaların açılmasına gətirib çıxarıb, lakin vitrajları yüksək bədii və texnoloji səviyyədə yerinə yetirməyi hər kəs bacara bilmir. Bizim studiya çox mürəkkəb və yüksək keyfiyyətli vitrajların istehsalı ilə ixtisaslaşır. Biz vitraj istehsal edərkən hər bir sifarişə yeni bir incəsənət əsərinin yaradılması kimi yanaşırıq.Və biz əminik ki, məhz buna görə bizim işlərimiz unikal, incə və təkrərolunmazdır.

 
 
 
vitraj şəbəke bakı dizain interyer azərbayçan  vitrage rengli şüşə təmir vitraj şəbəke bakı dizain interyer azərbayçan vitrage rengli şüşirvitraj şəbəke bakı dizain  interyer şüşə