Bevels fasetli vitraj nə parlaq rənglərə, nə də ki unikal müəllif rəsmlərinə malikdir. O, çəpləşmiş kənarlarının almaz parıltısı ilə valeh edir. Sadə naxışlar heç vaxt bezdirmir, onlar günəş şüalarında oynayır və bununla məkanın interyerinə bir zəriflik qatır. Fasetli vitraj demək olar ki, hər bir interyerə və dəbə uyğundur. Vitraj üçün təsvir seçərkən siz ondan nə gözlədiyinizi nəzərə almalısınız. Əgər siz pəncərədən solğun bir mənzərə müşahidə etmək istəmirsinizsə, onda daha mürəkkəb və bir çox Bevels elementlərindən ibarət olan naxış seçməlisiniz. Yox, əgər siz sadəcə pəncərəni, onun zərif formalarını vurğulayaraq bəzəmək istəyirsinizsə, iri elementlərdən ibarət vitraj seçin. Vitrajın naxışı məkanın ümumi dizaynına zidd olmamalıdır. Çünki, fasetli vitrajlar universal dekorativ elementlərdir. Onlar həm klassik üslubda olan interyerlərə və həmçinin "hi-tech" üslubunda olan interyerlərə də uyğun gələ bilər.
Faset vitrajları böyük bacarıq tələb edən əl işininin çətinliyi ilə bağlı olaraq çox bahalıdılar və buna görə də nüfuzlu(prestijli) vitrajlar kateqoriyasına aid edilirlər. Fasetli vitrajların üstünlükləri- şüşələrin tamamilə şəffaflığı, orijinal və gözəl virtual effektlər, davamlılıq, konstruksiyanın möhkəmliyi və uzunömürlülüyü və baxımının asan olmasıdır. Şüşə çox ağır çəkiyə malik olduğuna görə, belə vitrajların tətbiqində bəzi məhdudiyyətlər var, məsələn faset vitrajları şəkilin sahəsi ilə bağlı məhdudiyyətlərə malikdir.
Faset vitrajları qapıların, pəncərələrin, mebelin, kiçik arakəsmələrin, taxçaların və tavanın bəzədilməsi üçün idealdır. Azərbaycanlı dizaynerlər bu cür vitrajları daha çox pəncərələrdə və mebel işləmələrində istifadə edirlər. Qərbdə isə bu vitrajlardan giriş qapılarının şüşə hissələrində istifadəsinə üstünlük verilir. Bevels texnoloqiyasının tətbiqi ilə hazırlanan vitrajlara Siz bizim internet səhifəmizin "Qalereya" bölməsində baxa bilərsiniz.