Vitraj sözü fransız sözü olan "vitrage"-yəni "şüşələnmə" və latın sözü olan "vitrum"- yəni "şüşə" sözlərindən əmələ gəlib.
Vitraj - bir çox variyasiyaya malik unikal incəsənət növüdür. Vitrajın inkişaf tarixinə nəzər salarkən biz bu incəsənət növü üçün istifadə olunan üslublarda, məqsədlərdə və üsullarda çox əhəmiyyətli fərqləri görə bilərik. Vitraj öz gözəlliyini artırmaq üçün işıqdan istifadə edən bir incəsənət növüdür, zərif incəsənətdir.
Tarixçilər vitraj sənətinin yaranma tarixini dəqiq söyləyə bilmirlər. Rəngli şüşələrdən rəsm əsərlərinin yaradılma izlərinə Roma, Bizans, Çin və digər qədim mədəniyyətlərdə rast gəlinir.
Avropada bu sənətdən ilk istifadə haqqında məlumat 10 əsrdə kilsə tikintisində qeydə alınıb. İsa peyğəmbərin və İncildəki digər müqəddəslərin şəkillərini təsvir edən nəhəng pəncərələrə İngiltərədə yerləşən fransız və alman kilsələrində rast gəlinir.
12-ci əsrin qotik dövründə Avropada kilsələr şüşədən boyük və mürəkkəb kompozisiyalar yaradır.Qotik üslubda olan vitrajlar rəngli şüşə parçalarından ibarət mozaikanı canlandırırdı.Əksər qotik vitrajlarda dinə və gündəlik həyata aid olan səhnələr təsvir edilirdi. Qotik üslubdan istifadə edən ilk kilsə Sen Deni Abbatlığının Ebut Şuqer kilsəsi olub.İntibah dövründə vitraj sənəti çox inkişaf etmişdir. Həmin dövrə aid təsvirlər artıq incil mövzusundan kənara çıxır, və artıq vitrajlar nəinki kilsələri, hətta bir çox evləri və müəssisələridə bəzəyirdi. Həmçinin, xüsusi bir üsuldan- yani xüsusi boyalanmış rəngli şuşə üzərində qazınma üsulundan istifadə edilirdi.
15-ci əsrdə vitraj anlayışı dəyişdi. O geniş yayılmış və daha mürəkkəb oldu. Rəssamlar solğun rənglərdən və böyük təsvirlərdən istifadə edirdilər ki, pəncərəni bütövlükdə əhatə edə bilsinlər. Sonra insanlar rəngin zənginləşdirilməsi ilə bağlı yeni üsullar icad etdilər.Vitrajlarda daha çox ağ rəngli şüşədən istifadə etməyə başladılar. Rəngli şüşə düzmə sənəti üzrə ustaları rəssamlar əvəz etdi, çünki bu işlər daha çox rəsm əsərini xatırladırdı.
Hər hansı bir digər sənət kimi, şüşə üzərində edilən naxışlar da insanların öz tarixini və mədəniyyətini əks etdirmək üçün mühüm vasitədir. Avropada qotik dövrdə vitrajlar insanların diqqətini çox asanlıqla cəlb edərək,müqəddəs kitabın- İncilin çox gözəl hekayiçiləri oldular. Vitrajlar rəsmdən daha artıq bir sənət deməkdir, onlar ibadətə və tənhalığa vəsilə olan bir mühit yaradırlar.
Vitrajların mövcud olduğu digər ölkələrdə şüşə üzərində həmin dövrün simvolları və mədəniyyət xadimləri və eləcədə müəyyən bir dövrə keçid təsvir edilirdi.Məsələn, Hindistanda vitrajlar mifoloji səhnələri və ənənəvi paltarlar geyinmiş qadınları əks etdirirdi. İkinci Dünya Müharibəsindən sonra ekspresionizm tərəfdarları daha çox müxtəlifliyə və bədii ifadələri şüşədən istifadə edərək öyrənməyə çağırırdılar. Vitraj artıq yalnız rəsm təsvirli nəhəng pəncərə şüşəsi deyil....
заказать витраж в Баку купить витраж Баку заказать витражи в Азербайджане искусство Баку художественные витражи интерьер дизаин zakaz vitraj vitrage шебеке