slide00
img1
img2
img3
img4
img5
img6
img7
img8
img9
img10
img11
img12
 

Hazırda vitraj istehsalında dörd texnoloqiya mövcuddur:

 

Klassik (Tiffany) - ən qədim texnoloqiyadır, onun əsasında vitrajların  digər istehsal üsulları işlənilib. Bu texnoloqiya qurğuşun çərçivəyə toplanan və hissələrin birləşmələrinə lehimlənən şüşə parçaları deməkdir.Vitrajların rənglənməsini əsas istehsal materialına sobada hamar kütlə alınana qədər, asan əriylən şüşədən və metal oksidlərdən olan, boyaynı daxil edərək əldə edirlər.

 
 
 

 

İngilis texnoloqiyası (RegaLead)  - müxtəlif rəngdə lövhəciklərin bütöv bir iri şüşə üzərinə qaynaq edilməsidir. Hər iki tərəfdən qalan hissə birləşməsi qurğuşun lentlə yapıştırılır. Hazır konstruksiya şüşə üzərində elementləri bərkidmək üçün termik emaldan keçir. Konturlar  müxtəlif endə və rəngdə- ağdan qızılıya kimi və qırmızıdan qaraya kimi- ola bilər. Bəzi vitraj modellərinin konstruksiyasında şüşə elementlərdən- bevelslərdən istifadə edilir. Bevelslər müxtəlif formada olur və ultrabənövşəyi yapışqan üzərinə  yapışdırılır. Qoyulma vitrajların istehsalı üçün əsas kimi şüşənin hər hansı bir növündən- şəffaf, tonlanşdırılmış və kimyəvi üsulla  şəffafsızlaşdırılmış (süd rəngli) şüşədən və plastikdən istifadə edilir.

 

Bu texnoloqiyanın çatışmamazlığı - kiçik elementləri yarada bilməməkdir.

Üstünlükləri isə- şəkilin həcimliliyi, vitrajın təhlükəsiz və etibarlı olmağı, fakturaların və rəng palitrasının geniş seçimi , sərfəli qiymət. Zamanla lövhələrin rəngi solmur, onlar çat vermir və laylara ayırılmır. "Qiymət və keyfiyyətin" ən gözəl nisbəti.

 

"Fyuzinq" texnoloqiyası. Vitraj və rəngli şüşə elementlərinin istehsalında istifadə edilən ən müasir texnoloqiyalardan biri fyuzing və yaxud şüşənin sinterləmə(bişmə) prosesidir.Bu texnoloqiya ondan ibarətdir ki, müəyyən bir yaradıcı fikirlə ayrı bir şüşə üzərində müxtəlif ölçüdə və rəngdə olan şüşə parçalarından vitrajın gələcək şəkli yığılır və sonradan bu şəkil xüsusi sobada bişirilir.

Bu texnoloqiyanın mənfi cəhəti- məhdud rəng seçimi, əl əməyindən istifadə, kiçik hissələri yaradmaq olmur.

Bu texnoloqiyanın üstünlükləri- istehsalın tezliyi,yüksək surəti; böyük şəkil hazırlamaq başa gəlir..

 

Boya ilə naxışlanmış vitraj.Əsas kimi bütöv bir şüşə götürülür və üzərinə kontur çəkilir. Və konturların araları isə vitraj boyası ilə doldurulur. Vitraj imitasiyası üçün lazım olan boya tərkibinin nöqsanları - rütübatə qarşı davamlılığın və işığadavamlılığın olmamasıdır.İşıq və rütubətin təsiri altında vitraj boyaları çox qısa bir zaman ərzində yararsız şəklə düşəcək və çat verəcək( hətta vitraj şüşə paketlərə yığılsa belə).

 

 

заказать витраж в Баку купить витраж Баку заказать витражи в Азербайджане искусство Баку художественные витражи интерьер дизаин zakaz vitraj vitrage  шебеке

 

 

SAXTALAŞDIRMALARDAN ÇƏKİNİN!

İndi çox  tez-tez bəzi "sənətkərların" 300 manata və hətta 300 manatdan aşağı olan qiymətlərlə Tiffany texnoloqiyası əsasında vitraj istehsalı ilə bağlı təkliflərinə rast gəlinir.

Sizi əmin edirik- əsl Tiffany vitrajı bu qədər az məbləğə hazırlana bilməz- bu ciddi deyil! Çünki,

1) vitrajın 1 k.m. istehsalı üçün adətən 2 k.m. şüşədən istifadə edilir.

2) bir vitrajın hazırlanmağına usta 1 aydan 2 aya qədər vaxt sərf edir.

3) bu çox əziyyətli və yaradıcılıq tələb edən əl işidir.

Həmçinin, bu "sənətkarlar" öz işlərində, vitraj istehsalında az yararlı olan, Çindən və Türkiyədən qətirilmiş şüşələrdən istifadə edirlər. Çin şüşəsi - çox aşağı keyfiyyətli məhsuldur, onun şüşə səthində qalınlığı hər yerdə eyni deyil, onun üzərində xoşaqəlməz ağ və boz ləkələr var, bu şüşələrin palitrası çox kasıbdır. Ən yaxşı halda, onlar kiçik həcimli həvəskar saxtalaşdırmalar üçün yararlıdır.

Bundan əlavə, çox tez-tez qoyulma vitraj istehsal edənlərə də rast gəlinir, onlar qanaət məqsədilə  öz iş prossesində ucuz pərdədən(örtükdən)  istifadə edirlər. Lakin keyfiyyətli işlə müqaisədə bu cür "vitrajlar" çox ucuz qiymətə (150-200 manata) başa gəlir. Amma, nəticədə bu cür "vitrajlar" bir ildən artıq davam gətirmir: pərdələr çat verir və qopur.

Bu cür "vicdansız" sənətkərların hiylələrinə uymayın; vaxtınızı, əsəblərininizi və pullarınızı boşa xərcləməyin.